Hikmət Hacıyev Macarıstanın milli təhlükəsizlik müşaviri ilə görüşüb
“Görüş Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub.
Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq bütün sahələr üzrə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, habelə ortaq tarixi, etnik və mədəni bağlara söykənən türk dünyası ilə sıx əlaqələri və TDT çərçivəsindəki fəaliyyəti yüksək qiymətləndirilir”, - deyə H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, mövcud qlobal turbulentlik şəraitində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


