ARKA-nın dəstək müsabiqəsi davam edir

ARKA-nın dəstək müsabiqəsi davam edir
  27 Mart 2026    Oxunub:2447
Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən “2026-cı il üzrə post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi” üzrə sənəd qəbulu davam edir.
Müsabiqə kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin dəstəklənməsi, film istehsalının stimullaşdırılması və birgə istehsal imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Müraciətlər müəyyən edilmiş qaydalara uyğun olaraq elektron qaydada qəbul edilir.

Son müraciət tarixi: 23 aprel 2026-cı ildir. Ətraflı reqlament arka.culture.az saytında yerləşdirilib.






Teqlər: Kino   ARKA  



Xəbər lenti