Ukrayna 9 yaşayış məntəqəsini azad edib

   Ukrayna    9 yaşayış məntəqəsini    azad edib
  26 Mart 2026    Oxunub:2288
Aleksandrovka yaşayış məntəqəsi istiqamətində əks-hücum zamanı Ukrayna ordusu doqquz yaşayış məntəqəsini Rusiya qoşunlarından azad edib.
Ukrayna Hava-Desant Qüvvələrinin 7-ci Çevik Reaksiya Korpusunun yaydığı məlumata görə, əks-hücum əməliyyatı davam edir.

Martın 25-də Ukrayna qoşunları doqquz yaşayış məntəqəsini (Dnepropetrovsk vilayətində yeddi və Zaporojye vilayətində iki) Rusiya qüvvələrindən tamamilə təmizləyib.

Ukrayna qoşunları təxminən 440 kvadrat kilometr ərazi üzərində nəzarəti bərpa edib. Yanvarın sonundan bəri Rusiya qoşunları 3676 itki verib, 11 nəfər isə əsir götürülüb.


Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti