İran Xark adasının ətrafını minalamağa başlayıb – CNN

İran Xark adasının ətrafını minalamağa başlayıb – CNN
  26 Mart 2026    Oxunub:2587
İran Xark adası ətrafında müdafiə tədbirlərini gücləndirir. Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, rəsmi Tehran ABŞ tərəfindən mümkün quru hücumu riskini nəzərə alaraq ada ətrafına dəniz minaları yerləşdirir və əraziyə hava hücumundan müdafiə (HHM) sistemlərini gücləndirir. Xüsusilə, adanın hava və dənizdən qorunması məqsədilə əlavə texnika və hərbi qüvvələrin cəlb edildiyi bildirilir.

Ekspertlərin fikrincə, Xark adası İranın neft ixracı üçün əsas mərkəzlərdən biridir və bu səbəbdən onun təhlükəsizliyi ölkənin iqtisadi və strateji maraqları baxımından böyük əhəmiyyət daşıyır.

Hazırda regionda gərginliyin artması fonunda tərəflər arasında qarşıdurma riskinin yüksəldiyi qeyd olunur.

Röya Əliyeva



Teqlər:



Xəbər lenti