“Üzüklərin hökmdarı” gəlir

      “Üzüklərin hökmdarı”    gəlir
  25 Mart 2026    Oxunub:2403
Yeni “Üzüklərin hökmdarı” filmi anons edilib
Rejissor Peter Jackson və aparıcı Stephen Colbert “Üzüklərin hökmdarı” seriyası üzrə yeni filmin çəkiləcəyini açıqlayıblar.

Azvision.az barədə The Hollywood Reporter istinadən məlumat verir.

Məlumata görə, “Kölgə keçmişi” (“The Shadow of the Past”) adlı film “The Lord of the Rings: The Hunt for Gollum” spin-offundan sonra təqdim olunacaq. Filmin 17 dekabr 2027-ci ildə ekranlara çıxması planlaşdırılır.

Qeyd edək ki, “Üzüklərin hökmdarı” franşizası dünya kinematoqrafiyasının ən uğurlu layihələrindən biri hesab olunur.

M. Həsənli
AzVision.az


Teqlər:



Xəbər lenti