Makron İranın vicdanlı olmasını istəyir

Makron İranın vicdanlı olmasını istəyir
  25 Mart 2026    Oxunub:2285
Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında Tehranı gərginliyin azaldılması üçün “xoş niyyətli” danışıqlara başlamağa çağırıb.
AzVision.az xəbər verir ki, Emmanuel Makron bununla bağlı özünün “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Mən İranı gərginliyin azaldılması üçün yol açmaq, beynəlxalq ictimaiyyətin İranın nüvə və raket proqramları və bölgədəki sabitliyi pozan fəaliyyətləri ilə bağlı gözləntilərini qarşılaya biləcək bir çərçivə yaratmaq məqsədilə danışıqlarda xoş niyyətli iştiraka çağırdım”, - Fransa prezidenti yazıb.

Makron həmçinin Tehranı Fransa vətəndaşları Sesil Koler və Jak Parisin Fransaya qayıtmasına kömək etməyə çağırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   İran   vicdan  



Xəbər lenti