DİN: Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

   DİN:    Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
  25 Mart 2026    Oxunub:2202
Polis əməkdaşları martın 24-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin üstünün açılmasını təmin ediblər.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Həmin gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: DİN   cinayətlər   saxlanmalar  



Xəbər lenti