“Qənaətlə varlanmaq olmaz” – Ekspert
“Bir insan dostları ilə oturanda kiçik bir hesabı ödəməkdən yayınaraq qənaət etdiyini düşünürsə, əslində daha böyük imkanları itirir. Çünki pul təkcə xərclənmir, həm də etimada, əlaqəyə və gələcək fürsətlərə çevrilir. Məsələn, hər ay 200-300 manat qənaət edib, pul yığan adam 5 ilə vur-tut 30 min toplaya bilər. İnflyasiyanı da nəzərə alsaq, bu pulla varlı olmaq olmaz. Amma həmin vəsaiti hər ay doğru yönəldərsə 5 ildə daha böyük nəticələr əldə edə bilər.
Əlqərəz, sadə məntiq budur. Dəyər yaradırsan, gəlir əldə edirsən, onu yenidən istifadə edib daha böyük dəyərə çevirirsən. Qənaət sabitlik yaradır, amma varlanmaq üçün əsas olan qazanmaq və pulu işlətməkdir”,- ekspert vurğulayıb.
Teqlər: Ekspert







Vaxtında, Aydın, Lazımlı!


