Sabah Ramazan bayramıdır

  Sabah Ramazan bayramıdır
  19 Mart 2026    Oxunub:2231
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fətva Şurasının qəbul etdiyi Fətvaya əsasən, bu il Ramazan bayramı Şəvval ayının 1-nə, Miladi təqvimlə martın 20-nə təsadüf edir.
Bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin bayram təbrikində əksini tapıb.

"Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır"- təbrik mətnində bildirilib.


Teqlər: Ramazan  



Xəbər lenti