Döyüşdü və qalib gəldi: “Oskar”lar sahiblərini tapdı

  Döyüşdü və qalib gəldi:    “Oskar”lar sahiblərini tapdı
  16 Mart 2026    Oxunub:2078
Los-Ancelesdə Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının 98-ci təqdimetmə mərasimi keçirilib.
“Ən yaxşı film” nominasiyasında “Döyüşdən döyüşə” qalib gəlib. Onu çəkən Pol Tomas Andersen isə “Ən yaxşı rejissor” seçilib.

Digər nominasiyalarda qaliblər:
Ən yaxşı aktyor: Maykl B.Cordan (“Günahkarlar”)
Ən yaxşı aktrisa: Cessi Bakli (“Hamnet”)
İkinci planda ən yaxşı aktyor: Şon Penn (“Döyüşdən döyüşə”)
İkinci planda ən yaxşı aktrisa: Emi Mediqan (“Silah”)
Ən yaxşı orijinal ssenari: “Günahkarlar”
Ən yaxşı adaptiv ssenari: “Döyüşdən döyüşə”
Ən yaxşı qısametrajlı film: “Mirvari gözyaşlı qız”
Ən yaxşı animasiya filmi: “Key – iblis ovçusu”
Ən yaxşı xarici film: "Sentimental dəyərlər"
Ən yaxşı sənədli film: “Cənab Heç kim Putinə qarşı”
Ən yaxşı vizual effektlər: “Avatar: Od və kül”
Ən yaxşı kostyum: “Frankenşteyn”
Ən yaxşı saundtrek: “Günahkarlar”

Nəticələri proqnozlarla tutuşdurda bilərsiniz.

Samir Quliyev
AzVision.az

Əlaqəli materiallar:
“Oskar” İran və Rusiyaya qarşı
“Oskar”a namizəd göstərilən filmin ssenaristi həbs olundu


Teqlər: Kino   Oskar  



Xəbər lenti