İsrail SEPAH-ın kosmik komandanlığını vurdu

   İsrail SEPAH-ın kosmik komandanlığını vurdu
  08 Mart 2026    Oxunub:2056
İsrailin Müdafiə Qüvvələri (IDF) Tehranda yeni hava zərbələri dalğası həyata keçirərək İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kosmik və peyk komandanlığını hədəfə alıb.
İsrail ordusunun məlumatına görə, SEPAH-ın kosmik komandanlıq mərkəzi, eləcə də paytaxtdakı onlarla hərbi obyekt vurulub. Bildirilib ki, həmin mərkəz "Xəyyam" peykinin idarəetmə və əməliyyat mərkəzi kimi fəaliyyət göstərib, məlumatların qəbulu, ötürülməsi və təhlili üçün əsas infrastruktur olub.

Məlumata görə,Tehranda İranın daxili təhlükəsizlik qüvvələrinə məxsus bazadakı təxminən 50 silah anbarı da hədəfə alınıb. Bundan əlavə, Bəsic qüvvələrinin bazası, daxili təhlükəsizlik qüvvələrinin qərargahı və SEPAH-ın quru qoşunları ilə əlaqəli obyektlər də vurulub.

Zərbələrin İranın hərbi infrastrukturunu zəiflətməyə yönəldiyi bildirilib.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti