İranda neft anbarı vuruldu: 6 ölü, 21 yaralı

   İranda neft anbarı vuruldu:    6 ölü, 21 yaralı
  08 Mart 2026    Oxunub:1640
ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları davam edir.
Martın 8-də İranın şimalında yerləşən Əlborz vilayətində neft anbarı vurulub.

AzVision.az xəbər verir ki, bunu vilayət qubernatorunun müavini Qüdrətulla Seyf yerli mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 6 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.

Seyf qeyd edib ki, neft anbarına zərbədən sonra baş verən yanğının yaxın bir neçə saat ərzində tam söndürülməsi gözlənilir.


Teqlər: İran   Müharibə  



Xəbər lenti