Ankara İrana xəbərdarlıq etdi

Ankara İrana    xəbərdarlıq    etdi
  07 Mart 2026    Oxunub:2036
Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana Türkiyə istiqamətinə bir daha raket buraxmamaq barədə xəbərdarlıq edib
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) qeyri-rəsmi iclasından sonra mətbuata açıqlamasında bildirib ki, Türkiyə İranda etnik zəmində vətəndaş müharibəsi yaratmağa yönəlmiş bütün ssenarilərə qarşıdır. Onun sözlərinə görə, belə ssenarilər miqrant axınına səbəb ola bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyə hava məkanına doğru yönələn raketi məhv edib.

M. Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti