Soçidə 7 ballıq zəlzələ barədə xəbərdarlıq edildi
Laboratoriyanın məlumatına görə, bu ərazidə 100 illik təkrarlanma dövrü yetişib və 7 baladək zəlzələlər baş verə bilər. Son belə zəlzələlər ötən əsrdə qeydə alınıb, buna görə yaxın gələcəkdə güclü zəlzələ ehtimalı realdır. Son iki ildə yeraltı sarsıntıların artması da bunu göstərir.
Bir müddət əvvəl Soçi şəhərinin meri Andrey Proşunin 4,5 maqnituda zəlzələnin baş verdiyini bildirib. Onun sözlərinə görə, şəhərin infrastrukturu zədələnməyib və xəsarət alanlar barədə məlumat verilmir.
Həmçinin zəlzələ sonrası növbəti sarsıntılar da gözlənilir.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


