İsrail Vaşinqtona təşəkkür edir

   İsrail Vaşinqtona təşəkkür edir
  05 Mart 2026    Oxunub:1715
İsrailin müdafiə naziri İsrael Kats bu gecə Pentaqonun rəhbəri Pit Heqsetlə telefon danışıqları aparıb.
AzVision.az xəbər verir ki, bununla bağlı “The Times of Israel” nəşri məlumat yayıb.

İran hücumlarında həlak olan altı amerikalı hərbçinin ölümü ilə bağlı başsağlığı verən Kats bildirib ki, İsrail regiondakı Amerika qoşunlarının təhlükəsizliyinin təminatı üçün əlindən gələni edir və buna davam edəcək.

“Kats ABŞ Prezidenti Donald Trampa İsrailə göstərdiyi böyük dəstəyə görə təşəkkür etməyi xahiş edib və bildirib ki, Prezident Tramp və Baş nazir Netanyahu arasında İrana qarşı əməkdaşlıq regional və dünya tarixini dəyişdirir”, - qəzet yazır.

İsrael Kats həmçinin Pit Heqsethə “İsrailə verdiyi böyük dəstəyə və İsrail dövləti vətəndaşlarını İranın raket təhlükəsindən qorumağa göstərdiyi geniş köməyə görə” təşəkkür edərək, müharibənin bütün məqsədlərinə çatmaq üçün silahlı qüvvələr arasında sıx və misli görünməmiş əməkdaşlığı vurğulayıb.

Heqset, öz növbəsində, ABŞ Silahlı Qüvvələri ilə İsrail ordusunun imkanları arasında görünməmiş əməkdaşlığı tərifləyərək Katsa “Sona qədər davam edin, biz sizinləyik” deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   ABŞ   təşəkkür  



Xəbər lenti