İrəvan İrana görə narahatdır
Onun sözlərinə görə, ölkə üçün mümkün mənfi nəticələri minimuma endirmək məqsədilə Ermənistanda vəziyyəti izləyəcək xüsusi işçi qrupu yaradılıb.
“Ermənistana yaxın ərazidə yerləşən regionda baş verənlər olduqca ciddidir və ümumilikdə regionun inkişafına çox mənfi təsir göstərib və göstərməyə davam edəcək”, - Arutyunyan bildirib.
İrəvanla Tehran arasında sıx əlaqələrin mövcudluğuna diqqət çəkən erməni məmur Yaxın Şərqdəki hazırkı gərginliyin ikitərəfli əməkdaşlığa təsir göstərməməsinin mümkün olmadığını vurğulayıb.
- Biz bütün sahələrdə kifayət qədər sıx əməkdaşlıq edirik və mövcud vəziyyət, şübhəsiz ki, bu proseslərə, xüsusən də iqtisadi cəhətdən təsir göstərir. Əlbəttə ki, biz bu nəticələrin qarşısını almaq üçün əlimizdən gələni edirik”, - Araik Arutyunyan İrəvanın narahatlığını açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermaənistan İran narahatlıq







Vaxtında, Aydın, Lazımlı!


