İsrail-Livan müharibəsi güclənir: 41 min nəfər didərgin düşdü

İsrail-Livan müharibəsi güclənir:    41 min nəfər didərgin düşdü
  03 Mart 2026    Oxunub:1909
Livanın cənubundan təxminən 30 min məcburi köçkün ölkə ərazisində yaradılmış kollektiv sığınacaqlara yerləşdirilib və qeydiyyata alınıb.
Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb. Bildirilib ki, İsrail-Livan silahlı toqquşmasının genişlənməsi səbəbindən sərhəd bölgəsinə yaxın 50-dən çox kəndin əhalisi təxliyə olunub.

Qurum, həmçinin 11 minə yaxın Livan vətəndaşının Suriyaya keçdiyini diqqətə çatdırıb.

Livanın sosial işlər naziri Huneyn əs-Seyyid ölkədə 171 sığınacağın fəaliyyət göstərdiyini və köçkünlərin həmin məntəqələrdə yerləşdirildiyini bildirib.

Livan Səhiyyə Nazirliyi isə açıqlayıb ki, İsrail ordusunun Beyrutdakı hədəflərə endirdiyi zərbələr nəticəsində azı 40 nəfər həlak olub, 246 nəfər yaralanıb.

Qeyd edək ki, İsrail ordusu hücumların Hizbullah tərəfindən həyata keçirilən raket atəşinə cavab olaraq baş verdiyini bildirib.

AzVision.az





Teqlər:



Xəbər lenti