Ərdoğan Türkiyənin mövqeyini açıqladı

   Ərdoğan Türkiyənin mövqeyini açıqladı
  03 Mart 2026    Oxunub:1592
"İrana hava hücumları, eləcə də Fars körfəzinin qardaş ölkələrinə pilotsuz uçuş aparatları və raket hücumları bölgədə qeyri-sabitliyi artırıb". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmiləri qarşısında çıxış edərkən deyib.
Türkiyə lideri bölgədə gərginliyin artmasından təəssüfləndiyini bildirib. O, Türkiyənin “sülhə və sabitliyə yönəlmiş diplomatiyasını” davam etdirdiyini vurğulayıb.

“Danışıqlar masasında problemlərin ədalətli həllinə nail olmaq üçün qətiyyətli səylər göstəririk. Qan tökülməsinə son qoymağa və bölgənin qardaş ölkələri arasında düşmənçiliyin dərinləşməsinin qarşısını almağa çalışırıq”, - deyə dövlət başçısı əmin edib.

Prezident Ərdoğan vurğulayıb ki, bölgəni eskalasiya zolağından tez bir zamanda çıxarmaq üçün mümkün olan hər şey edilməlidir.


Teqlər: Türkiyə  



Xəbər lenti