Əcnəbi tələbələr İranı icazəsiz tərk edə bilərlər
Bu barədə İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyi yanında Tələbələrin Məsələləri üzrə Departamentinin rəhbəri Səid Həbiba yerli mediaya açıqlama verib.
Onun sözlərinə görə, əcnəbi tələbələr İranın Miqrasiya və Pasport İdarəsi ilə əldə olunmuş razılaşma əsasında ölkəni bütün qanuni quru sərhədləri vasitəsilə tərk edə bilərlər.
Səid Həbiba bildirib ki, yaranmış şərait nəzərə alınaraq bütün universitetlərə əcnəbi tələbələrlə bu prosesdə əməkdaşlıq etmələri tövsiyə olunub.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


