“Zərbələrimiz güclənəcək” – Netanyahu

   “Zərbələrimiz güclənəcək” –    Netanyahu
  01 Mart 2026    Oxunub:1630
Hazırda bizim hərbçilər Tehranın düz ürəyinə zərbələr endirir. Yaxın günlərdə zərbələrimizin gücü daha da artacaq. Biz əvvəllər heç vaxt heç yerdə İsrail ordusunun gücündən bu dərəcədə istifadə etməmişik”. Bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Müharibə başlayandan sonra 30 saat ərzində İsrail təyyarələri 700-dən çox uçuş keçirib, İran ərazisinə 2 000 hərbi sursat atıblar.

Bu arada məlum olub ki, İsrail ordusu ehtiyatda olan 100.000 hərbçini səfərbər etməyə hazırlaşır. Ölkənin müxtəlif bölgələrində, xüsusilə Qəzza zolağı ilə sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilir.

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, İrana qarşı hərbi əməliyyatlar qrafiki qabaqlamaqla gedir. Onun sözlərinə görə, İran hakimiyyəti artıq danışıqlara hazırdır. “Mən danışıqlara razılıq vermişəm. Onlar bunu çox uzatdılar, halbuki, tez etməli idilər”,- ABŞ prezidenti “The Atlantic”ə müsahibəsində bildirib.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İsrail   İran  



Xəbər lenti