İranın sabiq prezidenti öldürüldü

İranın sabiq prezidenti öldürüldü
  01 Mart 2026    Oxunub:2129
İsrail və ABŞ-nin hərbi hava hücumları nəticəsində İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölüb.
İran mətbuatının məlumatına görə, İranın sabiq prezidentinin üç mühafizəçisi də onunla birlikdə ölüb.

Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İran prezidenti olub.

Xatırladaq ki, fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

AzVision.az


Teqlər:



Xəbər lenti