Xameneini Ərafi əvəz edəcək

  Xameneini Ərafi əvəz edəcək
  01 Mart 2026    Oxunub:2043
Ayətullah Əlirza Ərafi İranın Rəhbərlik Şurasına daxil olub.
AzVision.az xəbər verir ki, İran medaisı ölkə hakimiyyətinə istinadən belə məlumat yayıb. Ərafi yeni ali lider seçilənə qədər İran İslam Respublikasına müvəqqəti olaraq rəhbərlik edəcək.

67 yaşlı Əlirza Ərafi şiəliyin xaricdə yayılmasına nəzarət edir. Əvvəllər İranın dini təlimlərinə rəhbərlik etmiş Ərafi Ayətullah Xameneinin potensial varislərindən biri hesab olunurdu.

Xatrladaq ki, martın 1-nə keçən gecə İran ölkənin Ali Rəhbər Əli Xameneinin vəfatını rəsmi olaraq təsdiqləyib. İranda 40 günlük matəm elan edilib. Bəzi Tehran sakinləri bu xəbəri sevinclə qarşılayıblar.

Eyni zamanda, İran hərbi elitasının müharibənin ilk günü ərzində ABŞ və İsrail qüvvələrinin dəqiq nöqtəvi zərbələri nəticəsində öldürülən əsas fiqurlarının da siyahısı açıqlanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İran   Ərafi   rəhbərlik  



Xəbər lenti