İran Bəhreyndəki ABŞ bazasını bombalayıb

   İran Bəhreyndəki ABŞ bazasını bombalayıb
  28 Fevral 2026    Oxunub:1688
ABŞ və İsrailin birgə əməliyyatına cavabən İran ABŞ-nin Bəhreyndə yerləşən 5-ci donanmasının qərargahına aviazərbə endirib.
Bu barədə Bəhreyn hökumətinin nümayəndələri "Al Jazeera" telekanalına məlumat veriblər. Bildirilib ki, ölkə ərazisində partlayış səsləri eşidilir, həyəcan siqnalları işə salınıb.

Eyni zamanda, Qətər də baş verən hadisələr fonunda öz hava məkanını bağlayıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində, habelə Küveytdə də partlayışla baş verib. BƏƏ Ordusu paytaxt səmasında İrandan buraxılmış raketləri vurduğunu diqqətə çatdırıb.

AzVision.az


Teqlər: İran   ABŞ   İsrail   müharibə  



Xəbər lenti