Əczaçılıq məhsullarının istehsalı artıb

Əczaçılıq məhsullarının istehsalı artıb
  28 Fevral 2026    Oxunub:1860
Ötən ay Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 141,9 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata əsasən, əvvəlki ilin yanvar ayı ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,7%, kimya sənayesi məhsullarının istehsalı isə 21,2% azalıb.

Yanvarda kimya sənayesi məhsullarından polietilen istehsalı 21,1%, etilen istehsalı 23,7%, rezin və plastik kütlə məmulatlarından plastmas çubuqlar, millər və profillər 17,6%, polietilendən kisə və çantalar isə 26,6% azalıb.

AzVision.az


Teqlər: dərman   statistika  



Xəbər lenti