Əfqanıstan Pakistanla sərhəddə yeni cavab hücumlarına başlayıb
Məlumata görə, Əfqanıstan qüvvələri şərti sərhəd xətti boyunca Pakistan mövqelərinə qarşı yeni cavab hücumlarına başlayıb. Döyüşlərin əsasən Xost vilayətinin bir neçə rayonunda getdiyi bildirilir.
Xatırladaq ki, fevralın 22-nə keçən gecə Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın sərhədyanı Pəktiya və Nangarhar vilayətlərinə aviazərbələr endirib. Hücum nəticəsində onlarla mülki şəxsin həlak olduğu qeyd olunub.
Fevralın 26-da isə Əfqanıstan Pakistan tərəfinə qarşı cavab əməliyyatına başladığını açıqlayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


