SOCAR və "Masdar" dekarbonizasiya tərəfdaşlığını genişləndirəcək
Görüşdə SOCAR ilə "Masdar" şirkəti arasında bərpa olunan enerji mənbələrinin inkişafı üzrə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, şirkətlərin birgə iştirakı ilə Azərbaycanda reallaşdırılan külək və günəş elektrik stansiyaları layihələri üzrə görülən işlər nəzərdən keçirilib.
Söhbət zamanı tərəflər ədalətli enerji keçidi və dekarbonizasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib, bu istiqamətlərdə dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


