Viktor Orban Zelenskiyə açıq məktub ünvanlayıb

   Viktor Orban Zelenskiyə açıq məktub ünvanlayıb
  26 Fevral 2026    Oxunub:1566
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna lideri Volodimir Zelenskiyə yazdığı açıq məktubda onu Macarıstanın maraqlarına zidd hərəkət etməkdə günahlandırıb.
AzVision.az xəbər verir ki, Viktor Orban məktubda Zelenskinin dörd ildir Rusiya ilə Ukrayna arasında gedən müharibə ilə bağlı Macarıstanın suveren hökumətinin və macar xalqının mövqeyini qəbul edə bilmədiyini yazıb.

“Dörd il ərzində Macarıstanı ölkənizlə Rusiya arasındakı müharibəyə cəlb etmək üçün çalışdınız. Bu müddət ərzində Brüsseldən dəstək aldınız və Macarıstan müxalifətinin dəstəyini təmin etdiniz”, - Viktor Orban “X” sosial şəbəkəsində yerləşdirdiyi açıq məktubda vurğulayıb.

Viktor Orban: “Kiyevə etibar etmirik”
O, həmçinin bildirib ki, Zelenski, Brüssel və Macarıstan müxalifəti bu ölkədə Ukrayna tərəfdarı olan hökuməti hakimiyyətə gətirmək üçün səylərini əlaqələndirirlər.

Viktor Orban Macarıstanın enerji təchizatı üçün vacib olan “Drujba” neft kəmərinə toxunaraq, Volodimir Zelenskini onu “bloklamaqda” ittiham edib.

- Sizin hərəkətləriniz Macarıstanın maraqlarına ziddir və macar ailələrinin təhlükəsiz və əlverişli enerji təchizatını təhdid edir”, - Macarıstanın Baş naziri diqqətə çatdırıb.

Xatırladaq ki, daha əvvəl Viktor Orban Budapeştin Kiyevə etibar etmədiyini və Rusiya ilə müharibə bitdikdən sonra Ukraynanın 800 minlik ordu saxlamasını istəmədiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Orban   Zelenski   məktub  



Xəbər lenti