Pezeşkiyan: "Aksiyalarda 400 hərbçi öldürülüb"

      Pezeşkiyan:    "Aksiyalarda 400 hərbçi öldürülüb"
  26 Fevral 2026    Oxunub:1298
"İranda yanvar ayı ərzində meydana gələn kütləvi iğtişaşlarda 400-dək hərbçi, habelə 2000 günahsız mülki şəxs qətlə yetirilib".
Bu barədə İran Prezidenti Məsud Pezeşkiyan ölkənin Mazandaran əyalətində çıxışı əsnasında məlumat verib. Onun sözlərinə görə, hərbçilər asayişi qorumağa çalışarkən aksiya iştirakçıları tərəfindən öldürülüblər.

Prezident həmçinin amerikalı həmkarı Donald Trampın "iğtişaşlarda 32 min etirazçı öldürülüb" iddiasını da yalanlayıb.

Xatırladaq ki, İranda etiraz nümayişləri keçən il dekabrın 28-də milli valyutanın iflası, qiymətlərin kəskin artması nəticəsində başlayıb. Fevralın əvvəlində İranın Prezident Administrasiyası təhlükəsizlik qüvvələri ilə nümayiş iştirakçıları arasında baş vermiş toqquşmalarda ölənlərin sayını açıqlayıb. Hesabata əsasən, itkilərin ümumi sayı 3000-i ötüb.
NYT: "İran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır"

Etiraz aksiyaları, eyni zamanda, İranın nüvə proqramı fonunda Tehran-Vaşinqton münasibətləri son aylar xüsusilə gərginləşib. Fevralın 19-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında İrana nüvə proqramı üzrə saziş imzalamaq üçün 15 gün möhlət verib; əks təqdirdə, İrana zərbə endiriləcəyini diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   aksiyalar   itki   ABŞ   gərginlik  



Xəbər lenti