Reuters: “Səudiyyə terminalı maye qaz ixracını dayandırıb”
“Saudi Aramco” fövqalədə yardım planını aktivləşdirdiyini və qarşıdakı həftələr üçün planlaşdırılan “Cuayma” terminalından maye qaz daşınmalarını dayandırdığını açıqlayıb.
Hadisə nəticəsində heç kim xəsarət almayıb və qaz sızması aşkarlanmayıb. Səudiyyə Ərəbistanının qərb sahillərindən daşınmalar həmişəki kimi davam edir. Şirkət zərərin miqyasını və mümkün nəticələri qiymətləndirir.
Reuters agentliyi “Cuayma” şirkətinin dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixrac terminallarından biri olduğunu vurğulayır. “Kpler” analitik şirkətinin məlumatına görə, “Cuayma” 2024-2025-ci illərdə ayda orta hesabla təxminən 450 min ton mayeləşdirilmiş qaz emal edəcək. Keçən il bu terminaldan göndərilən yüklərin təxminən 60%-i Hindistana, 15%-i isə Çinə göndərilib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Səudiyyə terminal mayeqaz ixrac







Vaxtında, Aydın, Lazımlı!


