ABŞ gəmisi Kuba sərhədçilərinə atəş açıb

   ABŞ gəmisi Kuba sərhədçilərinə atəş açıb
  26 Fevral 2026    Oxunub:1088
"ABŞ bayrağı altında üzən gəmi Kuba sularına girərək atəş açmağa başlayıb".
Britaniyanın "BBC" telekanalının öz mənbələrinə istinadən yaydığı xəbərə görə, Kuba sərhədçilərinin cavab atəşi nəticəsində gəmidəki 4 nəfər zərərsizləşdirilib, habelə 6 nəfər yaralanıb. Kubanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, hücum əsnasında Kuba sərhəd gəmisinin komandiri yaralanıb:

"FL7726SH nömrəli gəmi səhər saatlarında Vilya-Klara əyalətindəki El-Pino kanalından təqribən bir dəniz mili şimal-şərqdə aşkarlanıb. Kuba Daxili İşlər Nazirliyinin sərhəd qoşunlarının dəstəsi təcavüzkarın qarşısını alıb".

Hadisə ilə əlaqədar ABŞ Dövlət katibi Marko Rubio mətbuata açıqlamasında diqqətə çatdırıb ki, Vaşinqton da bu "çox qeyri-adi insidenti" araşdırır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Kuba   gəmi   atəş  



Xəbər lenti