Səfir Azərbaycanda aparılan iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı barədə məlumat verərək, Malayziya şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib. Bu xüsusda, müvafiq dövlət qurumları və işgüzar dairələr arasında qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Johari Abdul Malayziya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq münasibətlərinin inkişafına maraq ifadə edib və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.
Həmçinin, görüşdə Azərbaycanın cari ildə bir sıra mühüm beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


