Azərbaycandan turist axını 1 %-dən çox azalıb

Azərbaycandan turist axını 1 %-dən çox azalıb
  25 Fevral 2026    Oxunub:1575
Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % azalaraq 151,9 min nəfər olub.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarımızın 35,8 %-i Türkiyəyə (1 il əvvələ nisbətən 2 % az), 15,8 %-i Rusiyaya (1,5 % çox), 12,3 %-i İrana (13,3 % çox), 9,8 5-i Gürcüstana (17,6 % az), 26,3 5-i isə digər ölkələrə (1,1 % az) gedib, 66,3 %-ni kişilər, 33,7 %-ni qadınlar təşkil edib.

Vətəndaşların 69 %-i hava, 29,5 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Bundan başqa, ötən ay Azərbaycana 158 ölkədən 181,8 min nəfər və yaxud illik müqayisədə 5,3 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 23,4 faizi Rusiya Federasiyası, 20,1 faizi Türkiyə, 8,5 faizi İran, 5,0 faizi Hindistan, 4,9 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,7 faizi Pakistan, 3,1 faizi Qazaxıstan, 2,8 faizi Özbəkistan, 2,7 faizi İsrail, 2,0 faizi Küveyt, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Çin, hər birindən 1,3 faiz olmaqla Türkmənistan və Ukrayna, 13,3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini qadınlar təşkil etmişdir.

2025-ci ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 7,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7 faiz artaraq 58,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,8 faiz artaraq 81,4 min nəfər təşkil etmişdir.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4 faizi hava, 26,3 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.


AzVision.az


Teqlər:



Xəbər lenti