İran iki ölkəyə yeni səfirlər göndərib
İran Xarici İşlər Nazirliyinin ali vəzifəli məmuru, İranın Suriya üzrə xüsusi nümayəndəsi Məhəmməd Rza Rauf Şeybani ölkənin Livanda yeni səfiri təyinatı alıb.
Məhəmməd Rza Rauf Şeybani həmçinin İranın 1991-1995-ci illərdə Kiprdə, 2004-2005-ci illərdə Misirdə səfiri vəzifələrində çalışıb. 2009-2011-ci illərdə isə xarici işlər nazirinin müavini işləyib.
Eyni zamanda, İranın Xarici İşlər Nazirliyinin 2022-2024-cü illərdə mətbuat katibi Nasir Kənani Tehranın Əlcəzairə yeni səfiri qismində göndərilib. Nasir Kənani də müxtəlif illərdə ölkənin diplomatik təşkilatında ali vəzifələr tutub.
Firudin Həmidli
AzVision.az
Teqlər: İran Livan Əlcəzair səfir







Vaxtında, Aydın, Lazımlı!


