Yunanıstan şirkəti Azərbaycan gəmilərinə xidmət göstərəcək
İmzalanan saziş ölkəmizin təsnifat cəmiyyətləri ilə strateji əməkdaşlığını genişləndirəcək. Bununla yanaşı, dəniz nəqliyyatının inkişafı təhlükəsizlik standartlarının yüksəldilməsi və Azərbaycan Bayrağı altında üzən gəmilərin istər yerli, istərsə də dünya bazarında rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək.
Qeyd edək ki, Dövlət Dəniz və Liman Agentliyi ümumilikdə 12 təsnifat cəmiyyətinin fəaliyyət göstərməsinə dair razılıq verib.
Gəmi sahibləri sözügedən təsnifat cəmiyyətlərinin müvafiq siyahısı ilə linkə https://ddla.gov.az/tesnifat keçid edərək tanış ola bilərlər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


