Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət edib

   Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət edib
  18 Fevral 2026    Oxunub:2286
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı münasibətilə onu evində ziyarət edib.
AzVision.az xəbər verir ki, A.Ələkbərov görüşdən fotoları instaqram hesabında paylaşıb.

“Dəyərli Xalq şairimiz Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. Böyük söz ustasına möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qəlbinizin nuru daim sözünüzə işıq saçsın. Doğum gününüz mübarək!”, - A.Ələkbərov paylaşımda qeyd edib.


AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti