Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları cüzi azalıb

Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları cüzi azalıb
  12 Fevral 2026    Oxunub:1725
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 487 milyon manat təşkil edib.
AzVision.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə cüzi azdır. Bununla belə, gömrük daxilolmaları proqnozdan 0,4 % çox icra edilib.

Xatırladaq ki, bu il DGK büdcəyə 6,682 milyard manat vəsait köçürməlidir. Beləliklə, 1 ay ərzində həmin məbləğin 7,35 %-i təmin olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti