"Volvo Cars"ın səhmləri sürətlə enir

"Volvo Cars"ın səhmləri sürətlə enir
  07 Fevral 2026    Oxunub:1077
"Volvo Cars" şirkəti dördüncü rübdə tələbatın zəifləməsi fonunda qiymətləri tənzimləməsinin mənfəətə mənfi təsir göstərdiyini açıqlayıb. Şirkət bildirib ki, bu dövrdə mənfəət 68% azalıb və nəticədə səhmlər rekord səviyyədə gündəlik eniş yaşayıb.
AzVision.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, dördüncü rüb nəticələrini açıqlayan ilk Avropa avtomobil istehsalçısı olan "Volvo Cars" 2026-cı ildə illik satış həcminin artacağını proqnozlaşdırsa da, rəhbərlik “davamlı sərt xarici mühit”in şirkət üçün risk yaratmağa davam etdiyini vurğulayıb.

Şirkətin baş maliyyə direktoru bildirib ki, Çin və ABŞ-də elektrikli avtomobillər üçün vergi güzəştlərinin dayandırılması bazar şəraitini daha da çətinləşdirib.

Qeyd edək ki, "Volvo Cars"ın səhmləri bu gün 22%-dən çox ucuzlaşıb və son üç ay ərzində ümumi eniş 29%-ə çatıb.

AzVision.az



Teqlər:



Xəbər lenti