Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar artıb

Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar artıb
  04 Fevral 2026    Oxunub:1349
Ötən il Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar artıb.
Bu sözləri Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu illik əsasda 19,8-20 faiz artım deməkdir.

“Strateji valyuta ehtiyatlarının ümumi həcmi 85,1 milyard dollar səviyyəsində formalaşıb. AMB-nin ehtiyatları 11,5 milyard dollar səviyyəsinə çatıb”, - deyə o bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti