ABŞ tariflərdən 287 milyard dollar qazanıb

ABŞ tariflərdən 287 milyard dollar qazanıb
  05 Fevral 2026    Oxunub:1276
ABŞ hökumətinin ötən il gömrük rüsumlarından əldə etdiyi gəlir təxminən 287 milyard dollara çatıb ki, bu da 2024-cü illə müqayisədə təxminən üç dəfə çoxdur.
AzVision.az xarici mənbələrə istinadən xəbər verir ki, bu vəsaitlərin əksəriyyəti Amerika şirkətləri olan idxalçılar tərəfindən ödənilib.

Qeyd edək ki, 2 aprel 2025-ci ildə ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazidən gələn məhsullara tariflər elan edib. Prezident daha sonra bir neçə ölkədən gələn mallar üçün tarif dərəcələrini dəyişdirib.

AzVision.az



Teqlər:



Xəbər lenti