Minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq

Minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq
  02 Fevral 2026    Oxunub:1656
Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti