Azərbaycan nefti 73 dolları ötüb
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,43 dollar və ya 0,61 faiz bahlaşaraq 70,74 dollar olub.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,46 dollar və ya 1,10 faiz artaraq bir barel üçün 42,10 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,35 dollar və ya 0,48 faiz artaraq bir barel üçün 72,71 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


