Nağdsız ödənişlərin həcmi artıb
Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 980 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 12,8% artaraq 19,903 milyon, kredit kartlarının sayı isə 7,9% azalaraq 2,077 milyon olub. Dekabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 14,490 milyard manat (illik müqayisədə 18,1% çox) və 788 milyon manat (11,8% az) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 8,1%, POS-terminalların sayı isə 54,1% artaraq müvafiq olaraq 3 572 ədəd (Bakı üzrə 1 930 ədəd) və 184 220 ədəd (Bakı üzrə 114 689 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur: "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
AzVision.az
Teqlər: nağdsız-ödəniş







Vaxtında, Aydın, Lazımlı!


