SOCAR Çin şirkəti ilə birgə müəssisələrin yaradılmasını nəzərdən keçirib

SOCAR Çin şirkəti ilə birgə müəssisələrin yaradılmasını nəzərdən keçirib
  28 Yanvar 2026    Oxunub:1404
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin "CITIC Construction Co.,Ltd." şirkəti arasında enerji infrastrukturu, eləcə də "downstream" layihələrinin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib.
AzVision.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Çinin "CITIC Construction Co.,Ltd."nin İdarə Heyətinin sədri Yanq Ciançiyanq ilə görüşündə aparılıb.

Görüşdə SOCAR ilə Çinin müxtəlif şirkətləri arasında uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edilib.

Söhbət zamanı SOCAR-ın Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, şirkətin korporativ strateji hədəfləri barədə məlumat verilib.

Görüşdə potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə şirkətlər arasında Çərçivə Sazişi imzalanıb.


AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti