Ötən il Dövlət Neft Fondunun aktivləri 73 milyard dolları ötüb

Ötən il Dövlət Neft Fondunun aktivləri 73 milyard dolları ötüb
  27 Yanvar 2026    Oxunub:510
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə 60,031 milyard ABŞ dolları (102,053 milyard manat ) təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə ARDNF-dən məlumat verilib.

Məlumata görə, Fondun aktivləri 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73,541 milyard ABŞ dollarına (125,020 milyard manata) çatıb.

Bundan başqa, 2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37,594 milyard manat təşkil edib. Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17,160 milyard manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20,434 milyard manat olub. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14,627 milyard manat təşkil edib.

AzVision.az



Teqlər:



Xəbər lenti