Azərbaycandakı İsrail kapitallı şirkətlərin sayı açıqlanıb
"Bunlar, işgüzar əlaqələrin genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır. İqtisadiyyatlarımıza qoyulan qarşılıqlı investisiyaların dəyəri təxminən 600 milyon ABŞ dolları təşkil edir. Ölkələrimiz geniş spektrli sektorlar üzrə real nəticələr verən güclü və praqmatik tərəfdaşlıq qurublar. Buna misal olaraq, "Azərbaycan İnvestisiya Şirkəti" ASC (hazırda Azərbaycan Biznesinin İnkişafı Fondunun tərkibinə daxil edilib) və İsrailin 'OurCrowd' şirkəti arasında imzalanmış və icra olunan strateji əməkdaşlıq sazişini göstərmək olar. Bu saziş vasitəsilə Azərbaycan tərəfi enerji, səhiyyə, kiber-təhlükəsizlik, aqro-qida və təhsil texnologiyalarına diqqət yetirməklə texnologiya və biznes əlaqələrimizin genişləndirilməsinə yönəlmiş investisiyalar həyata keçirir".
AzVision.az
Teqlər: Azərbaycan İsrail şirkət







Vaxtında, Aydın, Lazımlı!


