Azərbaycan-İsrail memorandumu imzalanıb

   Azərbaycan-İsrail memorandumu imzalanıb
  26 Yanvar 2026    Oxunub:1207
Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalanıb.
AzVision.az xəbər verir ki, sənəd Azərbaycan-İsrail biznes forumu çərçivəsində ASK prezidenti Məmməd Musayev, İsrail tərəfdən isə MAI-ın sədrinin müavini Natanel Hayman tərəfindən imzalanıb.

Memorandumda iki ölkə arasında biznes missiyalarının səfərlərinin təşkili, qarşılıqlı investisiyaların yatırılması ilə bağlı araşdırmalar, B2B görüşlərin keçirilməsi, özəl sektor arasında əməkdaşlıq imkanlarının inkişafı və təcrübə mübadiləsinin həyata keçirilməsi və sair əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.

AzVision.az


Teqlər: Azərbaycan   İsrail   memorandum  



Xəbər lenti