Ciminin gözü yaşlı

// Hind kinosunu indi də AI çəkir

  Ciminin gözü yaşlı
  26 Yanvar 2026    Oxunub:4633
Hindistanda istehsal edilən “Jana Nayagan” filmi neçə vaxtdır maraqla gözlənilirdi. Rejissor H.Vinotun çəkdiyi, baş rolu siyasətçi-aktyor Vicayın canlandırdığı film yüksək oktanlı triller olmalı idi. Amma ilk treyleri yayımlanandan sonra film tamam başqa səbəbdən müzakirə mövzusuna çevrilib.
2 dəqiqə 52 saniyəlik treyler “yutub”a yerləşdiriləndən sonra bir neçə dəqiqəyə milyonlarla baxış toplayıb. Amma tezliklə fanatlar treylerin bəzi kadrlarında aşağı sağ küncdə onun “Google Gemini AI” Süni İntellekt alətində generasiya edildiyini göstərən işarənin fərqinə varıblar. Görünür, işarə sürətlə dəyişən qısa kadrın üzərində olduğu üçün montaj zamanı onu silmək diqqətdən qaçıb.

Bundan sonra film “X” sosial şəbəkəsində zarafat və ironiya obyektinə çevrilib.

Qeyd edək ki, “Jana Nayagan” siyasətçi-aktyor Vicayın sonuncu filmidir. 51 yaşlı aktyor bundan sonra diqqətini siyasi karyerasında cəmləşdirmək istəyir.

Samir Quliyev
AzVision.az


Teqlər: Kino     Hindistan  



Xəbər lenti