Azərbaycandan Ermənistana ixrac dəyəri açıqlanıb

Azərbaycandan Ermənistana ixrac dəyəri açıqlanıb
  26 Yanvar 2026    Oxunub:1030
Ötən il Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton "Aİ-92" markalı avtomobil yanacağı idxal edib.

2025-ci ildə Ermənistandan Azərbaycana isə ixrac həyata keçirilməyib.

AzVision.az


Teqlər:



Xəbər lenti