Tramp ABŞ-nin dünya ölkələrinin 40 faizi ilə ticarətini azaldıb
Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi Ağ Evdəki ilk fəaliyyət ili yanvarın 20-də başa çatacaq. Onun siyasətinin əsas vizit kartları proteksionizm və tarif müharibələri olub ki, bu da ölkənin xarici ticarətinə ciddi təsir göstərib.
Belə ki, ABŞ 2025-ci ilin yanvar–oktyabr aylarında 232 ticarət tərəfdaşından 86-sı ilə əmtəə dövriyyəsini azaldıb. Nəticədə, Birləşmiş Ştatlar dünya üzrə ticarət əlaqələrinin təxminən 37 faizini ixtisar edib.
Ən kəskin azalma Qəzza sektoru ilə ticarətdə qeydə alınıb – dövriyyə 177 dəfə azalaraq 2025-ci ilin yanvar–oktyabr aylarında 2,6 min dollar təşkil edib. ABŞ-ın ticarət dövriyyəsini azaltdığı ölkələr sırasında Afrika dövlətləri — Eritreya (−88,8%), Cənubi Afrika Respublikası (−68,1%), Tanzaniya (−63,4%) və digərləri də var.
Azalma Avropanın 12 iqtisadiyyatını da əhatə edib. Ən böyük geriləmə Qrenlandiya (−86,6%), Monako (−67,5%), Bosniya və Herseqovina (−60%) ilə ticarətdə müşahidə olunub.
Şərqi Asiyada ABŞ-la ticarətin ən kəskin azaldığı ölkələr Laos (−54%), Bruney (−24,2%) və Çin (−23,2%) olub. Mərkəzi Asiyada bu göstərici Monqolustan (−43,6%), Tacikistan (−29,3%) və Qazaxıstanda (−15,7%) qeydə alınıb. Yaxın Şərqdə isə ən böyük azalma Yəmən (−55,9%) və İran (−38,5%) ilə ticarətdə baş verib.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


