Ötən il qeyri-neft sektoru üzrə ixrac 8 faizdən çox artıb
İcmala əsasən, 2025-ci ilin yanvar-dekabr aylarında yeyinti məhsulları üzrə ixrac 18,4 faiz artaraq 1,2 milyard dollara bərabər olub.
Ötən ilin yanvar-dekabr aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 57,4, meyvə-tərəvəz 27,4, alüminium və onlardan hazırlanan məmulatlar 24,2, pambıq iplik 19,3, kimya sənayesi məhsulları 8, bitki və heyvan mənşəli piylər və yağlar 2 faiz artıb.
Hesabat dövrü ərzində aqrar məhsullar üzrə ixrac 26,7 faiz artaraq 1 milyard dollara, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9 faiz artaraq 1,3 milyard dollar təşkil edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


